“Gənclərdə büdcə savadlılığı” layihəsinə yekun vurulub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində iyulun 4-ü,11-i,18-i və 25-də Ağbulaq İstirahət Mərkəzində tələbə və kursantların iştirakı ilə təlimlər keçirib. Tədbirin proqramına uyğun olaraq “Dövlət büdcəsini anlayaq”, “Fərdi büdcənin planlaşdırılması” və “Ailə büdcəsinin idarə olunması” mövzularında təlimlər, tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv yarışmalar keçirilib. Bu mərhələlərdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.