Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahan vermiş abituriyentlərə müraciət edir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər musiqi nəzəriyyəsi və solfecio fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. Həmin imtahan iyulun 27-də saat 12:00-da DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) təşkil ediləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

İyulun 23-də keçirilmiş imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: