2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.
Sınaq imtahanına qeydiyyat 30 aprel saat 10:00-dək aparılacaq İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq
I blok | II blok | III blok | IV blok |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Fizika |