Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 24 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, bu gün saat 10:55-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 7219, II ixtisas qrupu üzrə 5535, III ixtisas qrupu üzrə 6972, IV ixtisas qrupu üzrə 2021 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 3003 nəfərdir.
Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.