NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Əmək münasibətlərinin praktiki uçotu” adlı yeni dərs vəsaiti işıq üzü görüb. Praktiki dərs vəsaiti Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşşəbüsü ilə hazırlanıb.
Dərs vəsaitinin müəllifləri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, Naxçıvan Dövlət Universitetinin mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və iqtisadçı-ekspert Rauf Qarayev, rəyçiləri isə Naxçıvan Dövlət Universitetinin müəllimləri Teymur Abbasov, Əşrəf Ələkbərov, Ceyhun Mahmudovdur.
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının iclasının müvafiq qərarı ilə çap olunan dərs vəsaiti iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələr, magistrlar, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat elminə maraqlı digər şəxslər üçün nəzərdə tutulub.