Ali təhsil ocağında Azərbaycan əlifbası və Azərbaycan dili Günü qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili Günü münasibətilə tədbir keçirilib.

Tədbirlə bağlı universitetin rektoru Saleh Məhərrəmov çıxış edib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova  “Azərbaycan əlifbasının yaranma tarixi və inkişafında tarixi şəxsiyyətlərin rolu” mövzusunda danışıb. O, ümummilli ­lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edib. Qeyd olunub ki, Ümummilli liderimiz  Azərbaycan dilini xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biri kimi hər zaman yüksək dəyərləndirib.

Kafedranın doktorantı Günay Ələkbərova son dövrlərdə dilimizə keçən lazımsız söz və ifadələrdən qorunmağın və gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin vacibliyindən danışıb.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: