Abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər.

Xidmətə keçid “Şəxsi kabinet”in “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

Arayış nümunələri ilə DİM-in saytında tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: