Kaliforniya Universitetinin tədqiqatçıları məlumatların ötürülməsi üçün 5G texnologiyasından 100 dəfə sürətli yeni çip hazırlayıblar. 4,4 mm ölçüyə malik mikrosxem 100 QHs-dən yuxarı tezliklərdə rabitəni təmin edir və analoqları ilə müqayisədə olduqca az enerji sərf edir.
NUHÇIXAN hightech.plus saytına istinadla xəbər verir ki, yeni texnologiyanın əsasını çiplərin ölçüsü və səmərəliliyi ilə əlaqədar fiziki məhdudiyyətləri aradan qaldırmağa imkan verən yeni rəqəmsal arxitektura təşkil edir.
Müqayisə üçün qeyd edək ki, 5G şəbəkəsinin ən yuxarı işləmə diapazonu 28-38 QHs-dir.