NUHÇIXAN xəbər verir ki, tanınmış təfsir alimi Nemətulla Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəth”) adlı əsərinin ikinci cildi Naxçıvanda çapdan çıxıb. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərənəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyində nəşr edilib. Kitabda Nemətulla Naxçıvaninin müqəddəs “Qurani-Kərim”in surələri ilə bağlı verdiyi təfsirlər öz yerini alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə”nin tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovadır.