Bu günədək 41 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

A- A A+

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, bu gün saat 14:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 11763, II ixtisas qrupu üzrə 9638, III ixtisas qrupu üzrə 12447, IV ixtisas qrupu üzrə 3190 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4622 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: