Abituriyent məsləhət mərkəzləri şənbə və bazar günlərində də fəaliyyət göstərəcək

A- A A+

İxtisas seçimi edən abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində və Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya universitetlərində yaradılmış abituriyent məsləhət mərkəzləri avqustun 3-4-də - şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, ixtisas seçimi avqustun 6-sı saat 23:59-dək davam edəcək. Məsləhət mərkəzlərində abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərilir.

Abituriyent məsləhət mərkəzləri şənbə və bazar günlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Mərkəzlərin ünvanları DİM-in saytında verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: