AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da Azərbaycanın maarifpərvəri, publisist, naşir, ilk qadın redaktoru Xədicə Əlibəyova haqqında məqalə redaktə olunub.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalədə Xədicə Əlibəyovanın həyatı və fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, o, Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edib. Həmin dövrdə qadınların öz hüquqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın qəzeti “İşıq” çap edilib. 1911-ci ildən nəşr olunmağa başlayan qəzetin redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov idi. Xədicə Əlibəyova “İşıq” qəzetində “Hüquqlarımız” sərlövhəli silsilə məqalələr yazıb.
Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.