Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi | faizi | ||
Dövlət ödənişsiz | 4360 | 4113 | 144 | 4257 | 97.64 |
Dövlət ödənişli | 5131 | 4659 | 92 | 4751 | 92.59 |
Özəl | 715 | 673 | 14 | 687 | 96.08 |
Cəmi | 10206 | 9445 | 250 | 9695 | 94.99 |
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi | faizi | ||
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar | 8482 | 8104 | 204 | 8308 | 97.95 |
Xüsusi qabiliyyət tələb edən ixtisaslar | 1724 | 1341 | 46 | 1387 | 80.45 |
Cəmi | 10206 | 9445 | 250 | 9695 | 94.99 |
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.