NUHÇIXAN xəbər verir ki, Gənclər Fondunun təşkilatçılığı ilə astronomiya elminə marağı olan bir qrup gəncin Batabat Astrofizika Rəsədxanası ilə tanış olublar.
“Gənc Tusilər” adı altında təşkil olunan ekskursiyada ali və orta ixtisas təhsili müəssisələrinin 25 tələbəsi iştirak edib. Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə gənclərə məlumat verilib. Bildirilib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində teleskop quraşdırılıb. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Sonra Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev tələbələrə “Astronomiya elminin sirləri” mövzusunda dərs keçib. Dərs zamanı rəsədxanadan müşahidə edilmiş səma cisimlərinin quruluşu barədə məlumat verilib. Slayd vasitəsi ilə tələbələrin suallarıda cavablandırılıb.
Mətin Abbaslı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.