Naxçıvanda brayl kitabxana fondunda 1190 kitab var - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində hərəkət qabiliyyətinin məhdudluğu üzündən ümumtəhsil məktəblərə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi yaradılıb, onların dərslərə cəlbi təşkil olunub. Görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün lazimi şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil edilir, aylıq brayl jurnalı çap olunur. Müəssisədə audio və elektron kitabxana xidməti göstərir. Hazırda audio kitabxana fondunda 1355, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 1190 kitab oxucuların ixtiyarına verilib.
2017-2018-ci tədris ilində görmə qabiliyyəti məhdud uşaqlar barədə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtadi Məktəbə təqdim edilib, 3 uşaq məktəbin 1-ci sinfinə qəbul olunub. Tədrisə cəlb edilən aztəminatlı sağlamlıq imkanları məhdud 282 şagirdə məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi verilib.
Röyal Kərimov