Gənclər intellektual oyunda güclərini sınayıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatlarının gənc əməkdaşları arasında "Vətəni tanı" intellektual oyunu keçirilib.
"Vətəni tanı" intellektual oyununda gənclər müxtəlif rənglərlə respublikanın şəhər və rayonlarının müvafiq olaraq xəritədə yerlərini düzgün təyin ediblər. Yekunda Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər Təşkilatının əməkdaşı Musa Həsənli I, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Rüfət Həsənov II, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun fəal gənci Sima Bayramova III yerin qalibi olublar.
Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
Ərhan Novruzov