Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənovun “Kimya sənayesinin prosesləri və aparatları” dərsliyi nəşr olunub.
ADNSU-dan NUHÇIXAN-a bildiriblər ki, dərslikdə neft emalı və neft-kimya sənayelərində mövcud texnoloji proseslərin təsnifatı, onların ümumi qanunauyğunluqları, istifadə olunan aparatların hesabı verilib.
Nəşrdə “Maye və qazların nəql edilməsi”, “İstilik mübadiləsi prosesləri”, “Kimya reaktorları” və digər mövzulara aid materiallar yer alıb.
Kitab tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.