Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 23-dən sentyabrın 2-dək aparılacaq.

Xatırladaq ki, avqustun 15-dən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır. Seçim avqustun 19-da başa çatacaq.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: