İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

A- A A+

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, avqustun 17-si saat 16:35-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 60, II qrup üzrə 732, III qrup üzrə 17, IV qrup üzrə 13, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10569 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: