Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qəbul olmaq istəyən 14 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib

A- A A+

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, avqustun 19-u saat 10:30-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 73, II qrup üzrə 1039, III qrup üzrə 20, IV qrup üzrə 17, V qrup üzrə 16 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 13453 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: