Sentyabrın 20-də görkəmli sənətşünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimat mərasimi keçiriləcək.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, kitabın IV cildi ötən əsrin 50-60-cı illərindən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığı, həmin dövrün ümumi mənzərəsinin təhlili və tədqiqi məsələlərini əhatə edir.
Azərbaycan Bəstəkarlar İttifaqında keçiriləcək mərasim Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Qeyd edək ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 30-dək davam edəcək. Builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.