Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərdə qəbul üçün keçirilən müsabiqələrin nəticələri açıqlanıb

A- A A+

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

NUHÇIXAN xəbər verir ki, nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında da yerləşdiriləcək.

Dövlət İmtahan Mərkəzi abituriyentlərə SMS-i bir dəfə göndərməyi tövsiyə edir. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: