Uşaqlar üçün kiçikhəcmli şeirlər qələmə alan Kamil Araz bu dəfə “Tapmacalar” kitabı ilə balacaların görüşünə gəlib.
NUHÇIXAN xəbər verir ki, 212 tapmacadan ibarət olan kitab balacaların sağlam ruhda böyüməsi, onların zehni inkişafının düzgün istiqamətləndirilməsində mühüm rol oynayır.
Müəllif tapmacaları qələmə alarkən təkcə janrın tələblərini nəzərə almayıb, həm də uşaqların düşüncəsini, hərəkət etdirməyə səy göstərib . Müxtəlif mövzularda işlənən tapmacalar lakonikliyi ilə də seçilir.
“Tapmacalar” kitabı uşaq bağçalarında, orta məktəblərdə çalışan müəllimlər üçün köməkçi vəsait olmaqla yanaşı, uşaqlarımızın mütaliə mədəniyyətinin yüksəldilməsində də böyük əhəmiyyətə malikdir.