Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Naxçıvanın tarixi, coğrafiyası, arxeologiyası, mədəniyyəti, memarlığı, qədim sənətkarlığı, milli adət-ənənələri, musiqi alətləri, tarixi abidələri, görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimləri haqqında sistemli şəkildə onlarla məqalələr yaradılıb və əsaslı şəkildə redaktə edilib.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalələrdə bu qədim diyarın tarixi, milli adət-ənənələri, mətbəxi, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilib. “Vikipediya”da Azərbaycan dilində yerləşdirilən məqalələrdə, həmçinin Naxçıvanla bağlı maraqlı faktlar əksini tapıb.
Bu istiqamətdə “Vikipediya”da ardıcıl olaraq məqalə yaradılması prosesi davam etdirilir.