“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb - FOTOLAR

267

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 2019-cu il üçün növbəti nömrəsi avqustun 23-də işıq üzü görüb.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Tarixi mənbələrə əsaslanan nəşr” məqaləsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabına həsr olunub. Sonrakı səhifələrdə “Birinci Xəzər İqtisadi Forumu”, “Tanınmış alim”, “Sadəcə başlamaq lazımdır”, “Sabitlik adasının mühüm siması”, “Ömrün müdrik çağı”, "Koroğlunun ustadnamələri" məqalələri yer alıb.

Bundan başqa, oxucular “Elmi lektoriya təşkil olunacaq”, “Geniş imkanlar”, “Qalib layihə”, “Əkiz qardaşlar”, “Milli Kitabxanada sərgi”, “Astroseminar” sərlövhəli maraqlı materiallarla, eləcə də AMEA Naxçıvan Bölməsinin və akademiyanın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: