“WorldSkills” peşə ustalığı üzrə dünya çempionatı çərçivəsində ilk dəfə “Future Skills” yarışları keçirilir
Xəbər verdiyimiz kimi, avqustun 22-27-də Tatarıstanın paytaxtında “WorldSkills Kazan-2019” standartları üzrə peşə ustalığına dair XXXXV dünya çempionatı keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, yarışların bütün tarixi ərzində ilk dəfə dünya çempionatının proqramına yüksək texnoloji istehsalat və rəqəmsal iqtisadiyyat şəraitində tələb olunan perspektivli peşələr üzrə "Future Skills” yarışları daxil edilib.
“Future Skills” “Gənc peşəkarlar (WorldSkills Russia)” hərəkatının transformasiya edən iqtisadi şəraitdə yüksək texnoloji istehsalat üçün kadrlar hazırlanmasının qabaqlanmasına yönəlmiş prioritet təşəbbüslərindən biridir. Hərəkat 2015-ci ildən başlayaraq gələcəyin peşələri üçün kadrların formalaşdırılması üçün aktual tədqiqatlar aparır, yeni formatlar əsasında yarışlar keçirir və “WorldSkills” standartları üzrə təhsil proqramları işləyib hazırlayır.
25 “Future Skills” nominasiyası üzrə yarışlarda qazanılan xallar dünya çempionatının nəticələrinə təsir göstərmir. 17 ölkədən 171 müsabiqə iştirakçısının işini 112 rusiyalı və xarici ekspert qiymətləndirir.
Yarışlar aşağıdakı nominasiyalarda keçirilir: “İnformasiya modelləşdirmə texnologiyası (BIM)”, “Pilotsuz uçuş aparatlarının istismarı”, “Sənaye dizaynı”, “Sənaye robot texnikası”, “Mobil əlavələrin işlənib hazırlanması”, “Sənaye 4.0”.
“Future Skills” yarışları texnoloji dəyişikliklər kontekstində müasir mütəxəssisin peşə vərdişlərini və iş funksiyalarını nümayiş etdirmək məqsədi daşıyır. Reqlamentə görə, iştirakçılar fərdi hesabda yarışacaqlar.