İsrail alimləri 3D çap vasitəsilə mərcan qayalarını bərpa edirlər

A- A A+

İsrailin Texnologiya İnstitutu və Bar-İlan Universitetinin alimlərindən ibarət tədqiqatçılar qrupu 3D çap vasitəsilə bütün dünyada mərcan qayalarının bərpası üçün bir sistem yaradıblar. Bu sistem vasitəsilə ətraf mühitin və suyun temperaturunun təsirinə məruz qalmayacaq süni mərcan qayaları hazırlamaq mümkündür.

NUHÇIXAN hightech.fm saytına istinadla xəbər verir ki, mərcan qayaları mütəmadi olaraq məhvə məruz qalır. Bunun bir çox həm təbii, həm də antropogen səbəbləri vardır. Tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi iqlim dəyişikliyini göstərirlər.

Yeni yaradılan texnologiya hazırda İsrailin Eylat sahillərində tətbiq olunur. Tədqiqatçıların sözlərinə görə, 3D çapının köməyilə zəngin sualtı ekosistemi bərpa etmək mümkün olacaq.

Çap olunmuş 3D qayalar təbii mərcan qayalarını təqlid edərək müxtəlif növ balıqların diqqətini çəkə biləcək. Alimlərin fikrincə, balıqlar bu süni mərcan qayalıqlarında çox asanlıqla məskunlaşa bilər.

Suda quraşdırılan 3D printerdə polilaktik kimyəvi turşusundan, qarğıdalıdan hazırlanan bioloji aktiv bioplastikadan, maniokdan və şəkər qamışından istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: