XIII əsr Azərbaycan şairi Əlinin (Qul Əli) “Qisseyi-Yusif” poeması İran İslam Respublikasının Tehran şəhərində işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, tədqiqatçı Firuz Refahi Ələmdari Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin kitabxanasında, nadir kitablar bölümündə mühafizə olunan əlyazma əsasında poemanı həm ərəb, həm də latın qrafikasında hazırlayaraq ilk dəfə nəşr etdirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov kitaba “Yusif haqqında ilk türk dastanı” adlı 25 səhifəlik geniş ön söz yazıb.