Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər sentyabrın 2-si saat 17:00‑dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.