Babək və Ordubad məktəblilərinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,Ağbulaq İstirahət Mərkəzində Babək və Ordubad məktəblilərinin iştirakı ilə təşkil olunan “Yay məktəbi”ndə proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan məktəblilər  arasında “Doğma yurdum” rəsm müsabiqəsi keçirilib,  milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təbliği məqsədi ilə “Tariximiz-irsimiz” mövzusunda mühazirə dinlənilib, sonra oxunması zəruri olan kitablardan ibarət mütaliə saatı, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıb, həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub. “Yay məktəbi” ərzində keçirilən yarışlarda fərqlənən məktəblilər üçün istirahətin son günü tədbir təşkil olunub.

Sonra 4 günlük “Yay məktəbi” müddətində keçirilən müsabiqə  və yarışlarda qalib olan şagirdlərə diplomlar təqdim edilib.

Tədbirin sonunda Naxçıvan şəhər Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupunu konsert proqramı ilə çıxış edib.

 

Nurlan Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: