Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 9:00-da başa çatıb.
NUHÇIXAN Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, 3097 nəfər (Azərbaycan bölməsi – 3075, rus bölməsi – 22) ixtisas seçimi ərizəsini təsdiq edib.
İxtisas seçmək hüququ olan abituriyentlər orta ixtisas təhsili müəssisələrində (dövlət hesabına və ödənişli əsaslarla) 12-yə qədər ixtisas kodunu seçiblər.