Bu günlərdə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, konfransda “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin müəllimi Murad Sevdimalıyev də iştirak edib. Onun “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafında bank sektorunun rolu və iqtisadiyyatda bank kreditlərinin sahələr üzrə istiqamətləri” mövzusunda məruzəsi maraqla qarşılanıb. Muxtar respublikanın iqtisadi inkişafı, bu prosesdə bankların rolu, bank kreditlərinin inkişafdakı təsir dairəsi məruzədə elmi və statistik təhlillər ilə təqdim olunub.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək üçün 13 ölkədən 542 tədqiqatçı müraciət edib.Onların arasından elmi yeniliyi ilə seçilən 60 məqalə qəbul olunub.
Nuray ƏSGƏROVA