Azərbaycan Milli Elmlır Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası oxucular üçün yeni xidmət təqdim edir.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq, kitabxana bu il iyulun 18-dən etibarən “Birgünlük oxucu xidməti”nə başlayıb.
Bu xidmətdən yararlanmaq üçün oxucular şəxsiyyət vəsiqəsi ilə kitabxanaya müraciət edərək, 1 AZN ödəməklə qeydiyyatdan keçib, birgünlük oxucu kartı əldə edə bilərlər.