“Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiya işıq üzü görüb

A- A A+

Bölmənin İnformasiya şöbəsindəndən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib, bu mədəniyyət ocağının  görkəmli aktyor və rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması və fəaliyyətindən bəhs olunub.

Yarandığı gündən xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinə böyük təsir göstərən Naxçıvan teatrının inkişafında tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin də mühüm xidmətləri olub.

Yeni nəşrdə Böyükxan Naxçıvanskinin keçməkeşli ömür və sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Aktyorun quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliğ olunduğu göstərilib.

Qədim Naxçıvanın teatr sənətkarlarının əsrimizin əvvəllərindəki dövrünü tədqiq edən müəllif monoqrafiyada o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri və Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv materiallarını üzə çıxarıb.

Qeyd edək ki, aşkar edilən o dövrə aid fotoşəkillər də nəşrdə əksini tapıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: