Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Qafqazşünaslıq İnstitutundan NUHÇIXAN-a bildirilib ki, konfrans “Cənubi Qafqazda terror” və “Şimali Qafqazda terror” bölmələri üzrə təşkil olunacaq. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.
Konfransa məqalə qəbulu başlayıb. Tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini oktyabrın 20-dək [email protected] elektron ünvanına göndərməlidirlər.
Konfransın bölmələrinə uyğun olmayan tezislər qəbul edilməyəcək.
Müəlliflər konfransın elmi komitəsinin qərarı haqqında noyabrın 5-də məlumatlandırılacaqlar.