Azərbaycanda ali təhsil alan qadınların sayı artıb

A- A A+

Ötən il Azərbaycan universitetlərində təhsilin müxtəlif pillələri üzrə 85 min 102 qadın təhsil alıb.

NUHÇIXAN xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, 2017-ci ildə bu göstərici 80 min 827, 2015-ci ildə 7 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.

Qeyd edək ki, ötən il təhsil alan qadınlardan 77 min 448-i dövlət, 7 min 654-ü isə özəl müəssisələrdə təhsil alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: