Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.
NUHÇIXAN scientificrussia.ru saytına istinadla xəbər verir ki, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklər birləşməsinin olmasıdır.
Unikal mexaniki xüsusiyyətlərə malik biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən ondan biotibb sahəsində də istifadə etmək mümkündür.