“Qafqazda terror” mövzusunda respublika elmi konfransına məqalə qəbulu davam edir

A- A A+

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Qafqazşünaslıq İnstitutundan NUHÇIXAN-a bildirilib ki, konfransa məqalə qəbulu davam edir. Tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini oktyabrın 20-dək [email protected] ünvanına göndərməlidirlər.

Xatırladaq ki, konfrans “Cənubi Qafqazda terror” və “Şimali Qafqazda terror” bölmələri üzrə təşkil olunacaq. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.

Konfransın bölmələrinə uyğun olmayan tezislər qəbul edilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: