Qafqazşünaslıq İnstitutu “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk nömrəsi üçün məqalə qəbuluna başlayır.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunacaq. Təqdim edilən məqalələrin dəqiq strukturu olmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir.
Məqalələr çap və elektron variantlarda tədqiqatın aparıldığı müəssisənin elmi şurasının iclas protokolundan çıxarış və 2 rəylə birgə müəllifin özü tərəfindən redaksiyaya (Akademiya şəhərciyi, H.Cavid pr.117, 4-cü mərtəbə, otaq 448) təqdim edilməlidir.
Çap olunmuş məqalə mütləq müəllif tərəfindən imzalanmalı və redaksiyaya təqdim olunduğu tarix göstərilməlidir. Məqalələri jurnalın elektron poçtuna da ([email protected]) göndərmək olar.
Xatırladaq ki, “Qafqazşünaslıq” jurnalı ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.