Muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanılır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı bu gündən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanır.

Qeyd edək ki bu tədris ilində ümumtəhsil məktəblərinin IV və VIII sinifləri üçün nəzərdə tutulan dərsliklər tamamilə yenilənib, digər siniflərdə isə dərsliklərə olan tələbata uyğun olaraq sifariş verilib. Avqust ayında Bakı şəhərindən 264 min 719 dərslik,   8 min 998 metodiki vəsait muxtar respublikaya gətirilib.

Ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl nömrələnib və kitabxana fonduna daxil edilib. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları və sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.

Həmçinin müəllimlərə də metodiki vəsaitlər verilib. Bu da müəllimlərin tədris prosesini planlaşdırmaq və metodiki hazırlıq səviyyələrinin artırılmasına yaxından köməklik edəcəkdir.

                      

                                                                         Əbülfəz  Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: