NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Bilik günü” qeyd olunub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra universitetin rektoru Saleh Məhərrəmov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verib. Rektor bildirib ki, bu il bakalavr üzrə 1029, magistratura üzrə isə 139 tələbə universitetə qəbul olub.
Tədbirdə çıxışlardan sonra 600-dən yüksək balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.
Sonda universitetin tanıtım filmi nümayiş olunub.
Səadət Əliyeva