“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan”Universitetində  Bilik Günü  və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  universitetin rektoru İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümumilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb.

Rektor çıxışında onu da vurğulayıb ki, universitetin Beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məhşur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimilians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 eləcə də,Ruminya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi universitetlərin sayı 51-ə çatıb.

Tədbirdə çıxışlar dinləndikdən sonra yüksək balla universitetə daxil olan tələbələrin tələbə bileti fakültə dekanları tərəfindən təqdim olunub.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: