“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları-professor Əliyar İbrahimov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Teyyub Paşayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” kitabı çapdan çıxıb.
Nəşrdə Bioresurslar İnstitutunda öyrənilən və təcrübədə sınaqdan keçmiş, tətbiqyönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqinin nəticələri əks olunub.
Kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və biologiya üzrə elmlər doktoru Aydın Əsgərovdur.