NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci tədris ilindən başlayaraq Naxçıvan Müəllimlər İnstitutunda 3 yeni ixtisas- psixologiya, ingilis dili və tarix müəllimliyi üzrə tələbə qəbuluna başlanılıb. Yeni açılan ixtisaslarda yerli tələbələrlə yanaşı xaricdən gələn tələbələr də təhsil alır. Belə ki, tarix müəllimliyi ixtisasında 15, ingilis dili müəllimliyi ixtisasında 25 və psixologiya ixtisasında isə 7 tələbə var və bu ixtisaslar üzrə dərslərə start verilib.
Qeyd edək ki, İnstitutda hazırda 1300-dən artıq tələbə bakalavr səviyyəsində, 60-a yaxın tələbə isə magistr səviyyəsində təhsil alır.
Nurlan Sadiqov