AMEA-nın Zoologiya İnstitutuna “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” mövzusunda əsərə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.
Akademiyadan NUHÇIXAN-a bildirilib ki, institutun əməkdaşları quşları daha yaxşı öyrənmək və yerlərini daha dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltalar yerləşdiriblər.
Müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək məqsədilə tədbirlər planı hazırlamaq mümkün olacaq.