AMEA-nın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri) adlı monoqrafiyası işıq üzü görüb.
Əsərdə Azərbaycan tarixşünaslığının nailiyyətlərindən istifadə olunub, tanınmış tarixçi alimlərin əsərlərinə, o cümlədən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin müxtəlif fondlarında saxlanılan sənədlərə istinad edilib. Həmçinin araşdırmalar zamanı əcnəbi müəlliflərin, xüsusilə rus müəlliflərinin və qafqazşünasların əsərləri də mənbə bazası kimi nəzərdən keçirilib.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsmayıl Hacıyev, rəyçiləri-AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevdir.