Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.  Konfransda AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin əhəmiyyətindən  danışıb. 

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov  təhsilə göstərilən dövlət qayğısı ilə bağlı məlumat verib.  Qeyd edib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı əsasında diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün 1,5, vəzifə maaşlarının iki dəfə və eyni zamanda bu ilin sentyabr ayından müəllimlərin aylıq vəzifə maaşlarının orta hesabla 20 % artırılıb.   Müstəqillik illərində 300-dən çox müəllimin Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunublar. Müəllimlərin müsabiqə yolu ilə işə qəbulundan danışan nazir ötən il keçirilən 1000-dən çox tələbənin iştirak etdiyi 3 müsabiqədə   215 nəfər tələbənin ümumtəhsil məktəblərində işlə təmin olunduğu haqda məlumat verib.

Tədbirdə bildirilib ki, universitetin əyani şöbəsində 16 şəhər, 2 kənd məktəbi olmaqla, 16 ixtisas üzrə 410 tələbə pedaqoji təcrübədə olacaqlar.

                                                                                    Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: