Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.