Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları və Şahbuz rayon Şahbuzkənd kənd tam orta məktəbinin müəllim, texniki işçi heyətinin iştirakı ilə “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin bölmə rəisi kapitan Rəcəb Səfərov bu istiqamətdə qoyulan müasir tələblər haqqında müəllim heyətinə ətraflı məlumat verib.
Nazirliyin əməkdaşı Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalması təhlükəsindən danışıb. Tədbirdə dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamanı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib.
Sonda mövzulara aid video-çarxlar, videolar təqdim edilib