Ustad dərsləri davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər  verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə dərs deyən müəllimlər və həmin ixtisas üzrə təhsil alan şagirdlərin  iştirakı ilə ustad dərsi keçirilib.

Dərsi Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov aparıb. Qeyd olunub ki, şagirdlər təkcə nəzəri biliklərə yiyələnməklə kifayətlənməməli, ustad dərslərində öyrəndiklərini rəsm işləyərkən tətbiq etməlidirlər. İlk olaraq rəsm dərsləri natürmortdan başlamalı, sonra daha mürəkkəb təsvirlərə keçilməlidir. Şagirdin istedadını, bilik və qabiliyyətini üzə çıxarmaq üçün natürmort aydın olmalı, maraqlı və məqsədli qurulmalıdır.  

Eyni zamanda rəssam  rəsmlərdə isti və soyuq rənglərdən istifadə qaydalarını izah edib, şagirdlərə  rəssamların çəkdiyi sənət əsərləri üzərində əyani olaraq işləmə qaydaları izah olunub.

Sonra şagirdlər Əcəmi memarlıq məktəbinin şah əsəri olan Möminə xatın türbəsini və açıq havada nümayiş etdirilən tarixi memarlıq abidələrinin təsvirini müəllimlərlə birlikdə kağıza köçürüblər. 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: